Press "Enter" to skip to content

Ağrı dağı qış öncəsi İğdırdan möhtəşəm görünür

Ağrı dağı

BAYRAQDAR MEDİA – Türkiyənin ən yüksək nöqtəsi olan Ağrı dağı, qış fəslinin yaxınlaşması ilə birlikdə əzəmətli və valehedici bir mənzərəyə bürünüb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumatda deyilir: “Demək olar ki, zirvəsindən qar heç vaxt əskik olmayan Ağrı dağında havaların soyuması ilə qar örtüyü dağın orta hissələrinə qədər enib. İğdırdan baxıldığında bütün ihtişamı ilə özünü göstərən bu nəhəng dağ, mövsüm dəyişkənliyi dövründə fotoqraflar və təbiətsevərlər üçün unikal görüntülər təqdim edir. Ağrı dağının bu təsirli mənzərəsi bölgənin qışa hazırlaşdığının da göstəricisidir”.

Mission News Theme by Compete Themes.