Press "Enter" to skip to content

Bakıda NATO kursu

Bakıda NATO kursu

BAYRAQDAR MEDİA – Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində “Quru qoşunları qərargahı, hissə və bölmələrinin döyüşə hazır olmasının qiymətləndirilməsi (CREVAL)” kursu keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə NATO və tərəfdaş ölkələrin bu sahə üzrə hərbi qulluqçuları iştirak edirlər. Kursun məqsədi, Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün hərbi qulluqçuları sertifikatlaşdırmaqdır”.

Qeyd edək ki, tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrdən ümumilikdə 39-dək nümayəndə iştirak edir.

Mission News Theme by Compete Themes.