BAYRAQDAR MEDİA – Çanakkale Bələdiyyəsi universitet tələbələrinə isti şorba paylayır.
Bu barədə canakkalehaber.com saytı məlumat yayıb.
Məlumata görə, Bələdiyyə sədri Muharrem Erkek tələbələrlə bir araya gələrək onlara şorba ikram edib və imtahan dövründə uğurlar arzulayıb:“Universitetdə tələbə dostlarımızla görüşdük, onlara isti şorba təqdim etdik. Bütün tələbələri imtahan həftəsində isti şorba içməyə dəvət edirik.”
Məlumata əsasən, Çanakkale On Sekiz Mart Universitesi (ÇOMÜ) Terzioğlu kampusunda yerləşən kitabxana binasının girişində 3–7 noyabr 2025 tarixləri arasında saat 18:00-dan 20:00-dək şorba paylanacaq: “Həmçinin Anafartalar kampusunda (çərşənbə axşamı və cümə günləri 08:00–10:00), Terzioğlu kampusunda (bazar ertəsi və cümə axşamı 08:00–10:00) və Çanaqqale Şəhidləri kampusunda (çərşənbə 08:00–10:00) tələbələrə şorba ikram olunacaq”.





