Press "Enter" to skip to content

Humanitar Kollecdə Zəfər Gününə həsr olunmuş konsert

Humanitar Kollecdə Zəfər Gününə həsr olunmuş konsert

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecdə PHŞ-ın Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 Noyabr — Zəfər Günü münasibətilə konsert proqramı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kollecin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kollecin altı məzununun xatirəsinin anılması ilə başlayıb. İştirakçılar şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Dekorativ-tətbiqi sənət və Bədii xalça ixtisası tələbələrinin hazırladıqları, Zəfər Gününə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Kollecin akt zalında davam edən tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib”.

Sonra xəbərdə, “Kollecin direktoru, musiqişünas, Dos. Nərmin Qaralova açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib: “Düz 5 il öncə, 2020-ci ilin unudulmaz payızında Azərbaycan xalqı bir amal uğrunda — Vətən uğrunda bir yumruq kimi birləşdi. 44 gün ərzində biz əsrlərin həsrət yükünü çiynimizdən atdıq və azadlığa qovuşduq. Bu gün ‘Qarabağ Azərbaycandır!’ sözünü qürurla deyiriksə, bunu şəhidlərimizin qanı, xalqımızın birliyi və Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində əldə etmişik”. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva da çıxış edib. O bildirib ki, 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunması Prezident İlham Əliyevin Azərbaycan xalqına ən böyük hədiyyəsidir” deyə bildirilir.

Xəbərdə həmçinin deyilir ki, “tədbirdə iştirak edən Naxçıvan Musiqi Kollecinin direktoru, Əməkdar müəllim Məhəbbət Babayeva və sənət adamı Xədicə Sənanqızı da çıxış edərək Azərbaycan Ordusunun qəhrəmanlığından və Zəfərin xalq üçün mənəvi qürur mənbəyi olmasından danışıblar. Onlar gəncləri vətənpərvərlik ruhuna sadiq qalmağa, sənət vasitəsilə bu dəyərləri yaşatmağa çağırıblar. Tədbirin bədii hissəsində kollecin müəllim və tələbə heyətinin ifasında “Ritm kompozisiyası”, “Qarabağ havası”, “Vətən, sənə vurulmuşam”, “Azərbaycan”, “Vətən marşı”, “Zəngəzur”, “Zəfər mahnısı”, “Min yaşasın”, “Ey Vətən”, “Anam Azərbaycanım”, “Azərbaycanım mənim” kimi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib ifa olunub. Kollecin tələbələri Gülçin Tanrıverdiyeva Canəli Canəliyev isə Zəlimxan Yaqubun “Qələbə, qələbə, yalnız qələbə” və Asim Yadıgarın “Zəfər yolu” şeirlərini səsləndirərək tamaşaçılara təsirli anlar yaşadıblar”.

Tədbir Zəfər Gününə həsr olunan qürur və minnətdarlıq duyğuları ilə yekunlaşıb.

Mission News Theme by Compete Themes.