BAYRAQDAR MEDİA – MHP-nin (Milliyyətçi Hərəkat Partiyası) sədr müavini və Samsun millət vəkili professor İlyas Topsakal “Ulu Bozkırın Ruhu – Türk Dünyası Rəssamları Çingiz Aytmatovu Anır” sərgisində çıxış edib. O, çıxışında türk millətinin ortaq yaddaşının sənət vasitəsilə yenidən dirçəldiyini bildirib.
Bu barədə samsungazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, İlyas Topsakal, ortak türk əlifbası ilə çap edilən Çingiz Aytmatovun “Cəmilə” əsərinin təqdimatında və “Ulu Bozkırın Ruhu – Türk Dünyası Rəssamları Çingiz Aytmatovu Anır” mövzusunda beynəlxalq rəsm sərgisinin açılışında iştirak edib: “Çingiz Aytmatov İnstitutunun rəhbəri olan İ.Topsakal, MHP genel başqanı Devlet Bahçelinin himayəsi ilə İstanbul Zorlu Performans Sənətləri Mərkəzində keçirilən tədbirdə çıxışında “millətlərin taleyi yalnız dövlət sərhədləri ilə müəyyən olunmur; onlar paylaşdıqları ortaq yaddaşın sözləri və ortaq mədəniyyətlərinin rəngləri ilə tarixə yazılır” deyib. O, qeyd edib ki, bu sözlərin bəşəri səsi Çingiz Aytmatovun qələmindən doğmuş və bizə miras qalmışdır.”
Məlumata əsasən, İ.Topsakal tədbirdə türk mədəniyyəti baxımından iki mühüm addım atıldığını vurğulayaraq qeyd edib ki, Çingiz Aytmatovun “Cəmilə” əsərinin 34 hərfli ortak türk əlifbası ilə hazırlanıb nəşr olunması türk dünyasında ortaq dilin qurulması istiqamətində tarixi addımdır: “Türk qırmızısı, türk mavisi, çividi və qızılı sarı kimi rənglər əsrlərdir Türküstan çöllərində xalça və kilim naxışlarında, Anadolu məscidlərinin günbəzlərində və çinilərdə yaşayır. Bu gün həmin rənglər 16 ustad rəssamın 130 nadir əsərində bir araya gəlib. Ulu bozkırın ruhu artıq yalnız sətirlərdə deyil, kətanlarda da təcəssüm tapır. Bir millətin yaddaşı həm sözlərdə, həm də rənglərdə yenidən həyat qazanır.”





