Press "Enter" to skip to content

Peru mətbuatı Azərbaycanın zəfərindən yazır

Məqalələrin müəllifi Rikardo Sançes Serra, bu qələbənin yalnız hərbi deyil, həm də milli və mədəni dirçəlişin simvolu olduğunu qeyd edir

BAYRAQDAR MEDİA – Perunun “La Razón”, “Prensa21” və “FPP” kimi Perunun aparıcı media qurumlarında Zəfər Gününün 5-ci ildönümü ilə bağlı məqalələr dərc olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Perudakə Səfirliyindən məlumat verilib.

Məlumata görə, məqalələrin müəllifi Rikardo Sançes Serra 2020-ci il 8 noyabr tarixinin Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayaraq, bu qələbənin yalnız hərbi deyil, həm də milli və mədəni dirçəlişin simvolu olduğunu qeyd edir: “Yazılarda bildirilir ki, 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb və bununla da onilliklər boyu davam edən Ermənistan işğalına son qoyulub. Müəllif müharibədən sonra Qarabağ bölgəsinə səfəri zamanı şahidi olduğu dağıntılardan bəhs edir və bunu “mədəni soyqırım” kimi səciyyələndirir”.

Yazıda qeyd olunur ki, Prezident İlham Əliyev Qarabağın bərpasını milli prioritet elan edib və Azərbaycan hökuməti regionun yenidən qurulması, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün milyardlarla dollar dəyərində layihələr həyata keçirir. Lakin mina təhlükəsinin bu prosesi ləngitdiyi vurğulanır.

Müəllif Prezident İlham Əliyevin “Qarabağ Azərbaycan torpağıdır və bunu bütün dünya qəbul edir” fikrini sitat gətirərək, Azərbaycanın suverenliyinin bərpasını böyük siyasi və mənəvi qələbə kimi dəyərləndirir.

Yazı barədə linkləri əlavə edirik.

Karabaj: cinco años después, entre victoria, ruinas y esperanza

https://larazon.pe/por-ricardo-sanchez-serra-karabaj-cinco-anos-despues-entre-victoria-ruinas-y-esperanza/

Por Ricardo Sánchez Serra / Karabaj: cinco años después, entre victoria, ruinas y esperanza

Mission News Theme by Compete Themes.