Press "Enter" to skip to content

Xaçmazda “Zəfər ətirli bayrağımız” adlı tədbir

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılan Böyük Zəfərin beşinci ildönümü və 9 Noyabr Dövlət bayrağı gününə həsr olunmuş “Zəfər ətirli bayrağımız” adlı tədbir keçirilib.

Xəbəri sözügedən Muzey yayıb.

Bildirilir ki, Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

O da qeyd edilir ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova 8 Noyabr – Zəfər Gününün müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə yazılan şanlı gün kimi hər zaman qürur və fəxrlə qeyd olunacağını bildirib.

Tədbirin fəxri qonağı, Əməkdar jurnalist Azər Həsrət və digər çıxış edənlər də rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana İlham Əliyevə, qalib Azərbaycan Ordusuna, şəhidlərə və qazilərə minnətdarlıq hissi ifadə ediblər.

Bayram tədbiri məktəblilərin hazırladığı bədii hissə ilə davam edib. Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin 1-ci və 5-ci sinif şagirdləri, Xaçmaz Uşaq İncəsənət məktəbinin şagirdləri tərəfindən bir birindən maraqlı və rəngarəng şeir, mahnı və rəqslər ifa edilib.

Xatirə şəkli
Xatirə şəkli
Mission News Theme by Compete Themes.