Press "Enter" to skip to content

ABŞ-nin Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda

ABŞ-nin Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda

BAYRAQDAR MEDİA – ABŞ-nin Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi briqada generalı Kolbi Uaytın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ABŞ nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüşüb”.

Sonra xəbərdə, “görüşdə Azərbaycanla ABŞ-nin Oklahoma ştatı arasında ikitərəfli hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.