BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən (AQTİ) “Intercontinental Hotel Baku”ya HACCP sertifikatı təqdim edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTİ-dən daxil olub.
Xəbərdə deyilir ki, “AQTİ qida sahəsində fəaliyyət göstərən müəssisələrdə HACCP (Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin qurulması, sənədləşdirilməsi və tətbiqi istiqamətində məsləhət və metodiki dəstək xidmətləri göstərməklə yanaşı, həmin müəssisələrdə mövcud sistemlərin qiymətləndirilməsini də həyata keçirir. HACCP-nin tətbiqi nəticəsində istehsal prosesi nəzarət altında saxlanılır, mümkün təhlükə mənbələri vaxtında aradan qaldırılır və istehlakçılara təhlükəsiz, keyfiyyətli qida məhsullarının təqdim olunmasına zəmanət verilir”.
Sonra xəbərdə, ““Intercontinental Hotel Baku” nəzdində fəaliyyət göstərən ictimai iaşə obyekti bu tələblərə tam cavab verdiyi üçün AQTİ tərəfindən HACCP sertifikatına layiq görülüb. Bununla da “Intercontinental Hotel Baku” HACCP sertifikatı ilə təltif olunan ilk otel kimi ölkəmizdə qida təhlükəsizliyi sahəsində nümunəvi fəaliyyət göstərən müəssisələr sırasına daxil olub” deyə qeyd edilir.
Qeyd edək ki, “Qida Təhlükəsizliyi haqqında” Qanuna əsasən qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.





