BAYRAQDAR MEDİA – Akdeniz Universiteti Antalya Dövlət Konservatoriyasının müəllimi dosent doktor Birgül Yeşiloğlu Güler, Mədəniyyət və Turizm Nazirliyinin 2025–2026 sənət mövsümü üçün xüsusi teatr layihələrinə veriləcək dəstəklərlə bağlı keçirilən komissiya iclasında iştirak edib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, nazir müavini doktor Batuhan Mumcunun rəhbərliyi ilə Ankarada keçirilən toplantıya Baş İncəsənət idarəsinin rəhbəri Ömer Faruk Belviranlı, Yaşayan İrs və Mədəni Tədbirlər idarəsinin rəhbəri Selim Terzi, eləcə də Giresun Bələdiyyə Teatrının baş rejissoru doktor Erdal Yıldırım və müxtəlif universitetlərin konservatoriya müəllimləri qatılıb.
Toplantıda teatr sənətinin bölgələr üzrə yayılmasının təşviqi, xüsusi teatrların sənət həyatına töhfəsinin artırılması və türk dramaturqlarının əsərlərinə daha geniş yer verilməsi ilə türk teatrının inkişafına dəstək göstərilməsi məqsəd qoyulub.







