Press "Enter" to skip to content

TİKA-dan KKTC-yə daha bir dəstək

“Kuzey Kıbrıs Türk Cumhuriyeti’nde Anıtlar” adlı kitab

BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) “Kuzey Kıbrıs Türk Cumhuriyeti’nde Anıtlar” adlı kitabın 500 nüsxəsinin çapına dəstək verərək, Kıbrıs türklərinin müstəqillik mübarizəsini gələcək nəsillərə çatdırmağa töhfə verib.

Bu barədə qurumun məlumatında qeyd olunub.

Məlumata görə, kitab, KKTC Şəhid Ailələri və Qazilər Dərnəyi tərəfindən hazırlanıb: “Əsərdə Kıbrıs türklərinin azadlıq uğrunda mübarizəsində həyatını itirən şəhidlərin və qazilərin xatirələri əbədiləşdirilir. Kitabda Atatürk abidələri, şəhid abidələri və digər memoriallar üç bölmə şəklində təqdim olunur. Əsərin məqsədi bu abidələri sistemli şəkildə qeyd altına alaraq tarixi yaddaş və milli şüurun möhkəmləndirilməsinə töhfə verməkdir”.

Dərnək, TİKA-nın dəstəyi ilə çap edilən bu kitabı geniş oxucu kütləsinə çatdıraraq, Kipr türklərinin fədakarlıq və dirəniş ruhunu yeni nəsillərə ötürməyi hədəfləyir.

Mission News Theme by Compete Themes.