Press "Enter" to skip to content

Universitetlər arasında akademik əməkdaşlıq

İmzalanma zamanı

BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATÜ) Gürcüstandakı Telavi Universiteti ilə müəllim və tələbə mübadiləsini də əhatə edən genişmiqyaslı akademik əməkdaşlıq protokolu imzalayıb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, “beynəlmiləlləşmə strategiyası çərçivəsində həyata keçirilən bu əməkdaşlıq protokolu Telavi Universitetinin Senat zalında imzalanıb. Mərasimdə ATÜ rektoru professor Adnan Sözen və Telavi Universitetinin rektoru Şalva Çkaduya iştirak ediblər. Mərasimdə həmçinin ATÜ rektor müavini professor Haşim Kelebek və Havaçılıq və Kosmos Elmləri fakültəsinin dekanı professor Naime Filiz Özdil də iştirak ediblər”.

Protokol, ümumi akademik əməkdaşlıqla yanaşı, müəllim və tələbə mübadiləsi proqramlarını da əhatə edir.

Mission News Theme by Compete Themes.