Press "Enter" to skip to content

Zəfər Gününün beşilliyi münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər

Zəfər Gününün beşilliyi münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər

BAYRAQDAR MEDİA – Cari ilin planına əsasən Zəfər Gününün beşilliyinin qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub. Hərbi orkestrlərin vətənpərvərlik mahnılarını ifa etmələri, həmçinin marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb”.

Mission News Theme by Compete Themes.