BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-oktyabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 113 115 elektron arayış alınıb.
Bu barədə Fonddan məlumat verilib.
Bildirilib ki, “Bu arayışların 42 581-i pensiya, 33 800-ü müavinət və təqaüd, 25 608-i fərdi şəxsi hesab, 4 876-sı ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 1 006-sı ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 798-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 3 441-i əlilliyi olan şəxslərə qulluqla bağlı olub”.





