BAYRAQDAR MEDİA – Akdeniz Universiteti beynəlxalq səviyyədə elmi məhsuldarlığını bir daha sübut edərək Leiden Dünya Universitetləri Reytinqində dünya üzrə 878-ci, Türkiyə üzrə isə 15-ci yerə yüksəlib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, “Niderlandın Leiden Universiteti nəzdində fəaliyyət göstərən Elm və Texnologiya Tədqiqatları Mərkəzi (CWTS) tərəfindən hazırlanmış Leiden Dünya Universitetləri Reytinqinin nəticələri açıqlanıb. Yüksəköyrətim Şurası (YÖK) tərəfindən də tanınan bu dörd qlobal qiymətləndirmə sistemindən biri olan CWTS Leiden Ranking 2025-ci il üçün 1594 universiteti qiymətləndirib. Türkiyədən 45 universitetin yer aldığı siyahıda Akdeniz Universiteti, elmi təsir göstəricisinə əsasən, dünya üzrə 912-ci yerdən 878-ci yerə, Türkiyə üzrə isə 17-ci yerdən 15-ci yerə yüksələrək diqqətəlayiq nəticə əldə edib”.
Məlumata görə, bütün elmi sahələrlə yanaşı, beş əsas istiqamət üzrə aparılan sahəvi sıralamada da universitet mühüm nəticələr göstərib: “Yaşam və Yer elmləri üzrə – 6-cı yer, Sosial və Humanitar elmlər üzrə – 8-ci yer, Biotibb və Sağlamlıq elmləri üzrə – 12-ci yer, Riyaziyyat və Kompüter elmləri üzrə – 17-ci yer, Fizika və Mühəndislik elmləri üzrə isə Türkiyədə – 31-ci yer”.





