Press "Enter" to skip to content

Azərbaycana gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi yekunlaşıb

Azərbaycana gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi yekunlaşıb

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Azərbaycana gətirilən 30 ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb. Uşaqlar ölkələrinə yola salınıblar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “10 günlük sosial reabilitasiya proqramı çərçivəsində onlar Bakı, Qəbələ və Şəkidə təşkil olunan düşərgələrdə peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalara cəlb olunublar. Bununla yanaşı, uşaqlar müxtəlif fəaliyyətlərdə, qrup terapiyaları, meditasiya, yoqa məşğələləri və master-klaslarda iştirak ediblər. Proqram müddətində uşaqların paytaxt və bölgələrdəki görməli və tarixi yerlərə (İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Azərbaycan Milli Xalça Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi, Bakıdakı Ukrayna Mərkəzi və s.) ekskursiyaları təşkil edilib”.

Reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşdirilməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının dəstəklənməsi məqsədi daşıyıb.

Qeyd edək ki, ötən dövrdə ümumilikdə 260-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Mission News Theme by Compete Themes.