BAYRAQDAR MEDİA – Noyabrın 7-8-də Günəşin cənub yarımkürəsində alışmalar hesabına aktivlik yüksək səviyyədə qalacaq. Günəş aktivliyi radiorabitə siqnallarını noyabrın 8-də 70-80 faiz, noyabrın 9-da 30-35 faiz əngəlləyə bilən M sinif alışmalar hesabına artıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.
Xəbərdə deyilir ki, “yüksək coğrafi enliklərdə noyabrın 7-də maqnit qasırğasının gücü 10 ballıq şkalada Kp indeksi ilə 6-7 olacaq, sonrakı günlərdə azalaraq normal fon səviyyəsinə qayıdacaq. Azərbaycanın da daxil olduğu orta coğrafi enliklərdə noyabrın 7-də qasırğanın gücü Kp infeksi ilə 6 olacaq, sonrakı günlər azalaraq fon səviyyəsinə qayıdacaq”.





