Press "Enter" to skip to content

Güney Azərbaycandan Prezident İlham Əliyevə təşəkkür

Məcid Cavadi Araz

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Araz Prezident İlham Əliyevin Azərbaycan türkcəsinin qorunmasının vacibliyi ilə bağlı son çıxışına münasibət bildirərək onun bu mövqelərini yüksək qiymətləndirib.

Xəbəri “ArazNews” Telegram kanalı yayıb.

Xəbərdə bildirilir ki, “Məcid Cavadi Araz “Prezident Əliyev əvvəllər də 50 milyon azərbaycanlının hüquq və təhlükəsizliyinin müdafiəçisi olduğunu vurğulamışdı. Hamıya məlumdur ki, 30–40 milyon azərbaycanlı Güney Azərbaycanda və İranın müxtəlif bölgələrində yaşayır. 12 günlük müharibə zamanı Prezident Əliyev iki dəfə İsrailə məktub göndərərək azərbaycanlıların yaşadığı bölgələrdəki mülki əhaliyə hücum edilməməsini xahiş etmişdi” deyə “X” sosial şəbəkəsində yazıb. O, çıxışında bəzi ölkələrdə Azərbaycan türkcəsinin zəiflədilməsinə yönəlmiş cəhdlərə və İlham Əliyevin azərbaycanlıların müdafiəsi ilə bağlı əvvəlki bəyanatlarına da toxunub”.

Sonda qeyd edilib ki, “İnsan haqlarının müdafiəsi qlobal və dövlətlərdənkənar bir məsələdir. Dünyanın istənilən yerində insan haqlarının müdafiəsi başqa ölkələrin daxili işlərinə qarışmaq demək deyil”.

O, İran azərbaycanlılarının ana dilində təhsil alma hüququndan məhrum edilməsinə işarə edərək bildirib: “Əgər bu gün İran rejimi millətimizin hüquqlarını tapdalayır və Prezident Əliyev bu hüquqları müdafiə edirsə, biz ona səmimi təşəkkür borcluyuq”.

Mission News Theme by Compete Themes.