Mahmud Güngör: Denizli termal sular baxımından olduqca zəngin potensiala malikdir
BAYRAQDAR MEDİA – “Denizli minerallı və termal sular baxımından olduqca zəngin potensiala malikdir”. Pamukkale Universitetinin rektoru professor Mahmud Güngör bildirib.
Universitetdən verilən məlumata görə, rektor deyib ki, minerallı və termal sular sivilizasiyanın və tərəqqinin əsas tələblərindən olan enerji ehtiyacımızı ödəməklə yanaşı, möhtəşəm gözəllikdəki Pamukkale travertenlərini, Kaklık mağarasını və Karahayıt travertenlərini meydana gətirir: “Karahayıtdakı minerallı sular balneoloji məqsədlərlə Fiziki Terapiya və Reabilitasiya mərkəzimizdə, həmçinin turizm obyektlərində rekreasiya məqsədilə istifadə olunur.”





