Press "Enter" to skip to content

“ZəfərFest-5” yaradıcılıq festivalı

“ZəfərFest-5” yaradıcılıq festivalı

BAYRAQDAR MEDİA – Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin (ETN) təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Festivalda dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə ETN sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası, o cümlədən Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin, “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzinin kollektivləri, ümumilikdə isə 400-ə yaxın məktəblinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib”.

Ardınca xəbərdə, “qeyd edək ki, Vətən müharibəsindəki qələbəyə həsr olunan festival artıq 5-ci dəfədir ki, keçirilir və hər il gənclərin vətənpərvərlik ruhunun, yaradıcılıq bacarıqlarının nümayişi üçün mühüm platformaya çevrilib. Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır. Tədbir, həmçinin Vətən müharibəsində əldə edilmiş tarixi nailiyyətlərin, Azərbaycan Ordusunun qəhrəmanlığının və bu zəfərin bütövlükdə türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını nəzərdə tutur” deyə bildirilir.

Mission News Theme by Compete Themes.