Press "Enter" to skip to content

“Zəfərin rəngləri” sərgisinin açılışı

“Zəfərin rəngləri” sərgisinin açılışı

BAYRAQDAR MEDİA – Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfərin rəngləri” adlı sərginin açılışı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbir sözügedən Nazirlik, Azərbaycan Rəssamlar İttifaqı və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb. Əvvəlcə Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra muzeyin direktoru Şirin Məlikova və Rəssamlar İttifaqının birinci müavini, Xalq rəssamı Salhab Məmmədov çıxış edərək sərginin qələbənin sənət salnaməsinə çevrildiyini, Vətən sevgisi və milli qürur hissinin rənglərdə əks olunduğunu vurğulayıblar”.

Sonra xəbərdə, “ekspozisiyada tanınmış və gənc rəssamların Qarabağın təbiətinə, qəhrəmanlara, azad edilmiş torpaqlarda aparılan quruculuğa və Böyük Qayıdışa həsr edilmiş əsərləri nümayiş olunur. xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, əməkdar rəssamlar Adil Şıxəliyev, Elşən Hacızadə, eləcə də müasir sənət nümayəndələri Vəfa Pənahova, İntiqam Ağayev, Nigar Vəliyeva, Hafiz Kərimov, Ülkər Əliyeva və başqalarının müxtəlif texnikalarda işlədikləri əsərlər sərgilənir. “Cıdır düzü”, “Xarıbülbül”, “Xudafərin körpüsü”, “Zəfərin şəfəqi”, “Şuşa, sən azadsan” kimi kompozisiyalar ekspozisiyanın əsas ideya xəttini təşkil edir” deyə qeyd olunur.

Sərgi 9 noyabradək davam edəcək.

Mission News Theme by Compete Themes.