Press "Enter" to skip to content

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası

BAYRADAR MEDİA – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsini anmaq, həmçinin ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması istiqamətində birgə fəaliyyəti təşviq etmək məqsədi daşıyan aksiyada energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, EN-in aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, ETSN-in əməkdaşları iştirak edib”.

Tədbir çərçivəsində 2 hektar ərazidə 1 min 200-dən çox eldar şamı və zeytun ağacları əkilib.

Mission News Theme by Compete Themes.