Press "Enter" to skip to content

Qazaxıstanın müdafiə naziri Bakıda keçirilən hərbi paradda iştirak edib

Dauren Kosanov

BAYRAQDAR MEDİA – Qazaxıstanın müdafiə naziri Dauren Kosanov İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Bakıya gəlib.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel sosial şəbəkələrdə paylaşım edib.

Paylaşımda deyilir: “Qazaxıstanın müdafiə naziri paradda iştirak etmək üçün xüsusi olaraq Bakıya gəlib. Qardaş Azərbaycanı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Bütün şəhidlərin məkanı cənnət olsun”.

Mission News Theme by Compete Themes.