Press "Enter" to skip to content

“44 günə yazılan dastan: Qarabağ Zəfəri”

Tədbir zamanı

Qarabağ zəfərinin 5-ci ildönümü Eskişehirdə coşqu ilə qeyd olunub

BAYRAQDAR MEDİA – Noyabrən 8-də Eskişehir Azərbaycanlıları Dərnəyi (ESAZDER) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Eskişehirdə bayram tədbiri keçiirlib.

Bu barədə ESAZDER-dən məliumat verilib.

Valeh Hacıyev
Valeh Hacıyev

Məlumata görə, “44 günə yazılan dastan: Qarabağ Zəfəri” adlı paneli və bayram tədbiri, Taşbaşı Mədəniyyət Mərkəzinin Qırmızı Salonunda reallaşıb.

Cavid Aydın
Cavid Aydın

Məlumatda deyilir ki, öncə şəhidlərin ruhu yad edilib, həmçinin Türkiyən və Azərbaycanın dövlət himnləri səsələndirilib. Tədbirdə Azərbaycan Respublikasının Diaspora İş Üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Eskişehir rəsmiləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümyaəndələri, akademiklər, tələbələr və çoxsaylı vətəndaşlar iştirak edib.

Tədbir iştirakçıları
Tədbir iştirakçıları

Açılış nitqi ilə çıxış edən Valeh Hacıyev 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq qüruru olduğunu deyib: “Qarabağ Zəfəri Azərbaycan Ordusunun qəhrəmanlığı və Türkiyənin mənəvi dəstəyi ilə qazanılmış bir dastandır. Bu zəfər, Türk birliyinin nə qədər güclü olduğunun ən canlı sübutudur”.

Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın isə çıxışında “Bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs edib. O, həmçinin, bildirib ki, 44 günlük Vətən müharibəsində şəhidlərin və qazilərin Qarabağı düşmən tapdağından azad etməklə qəhrəmanlıq dastanı yazdılar.

Panel iclası
Panel iclası

Sonra Eskişəhər Osmangazi Universitetinin professoru, Prof. Dr. Fərzanə Dövlətabadinin moderatorluğu ilə panel iclası başlayıb: “Paneldə məruzə ilə çıxış edən Kahramanmaraş Sütçü İmam Universitetinin Professoru Toğrul İsmayıl və Ankara Universiteti Hüquq Fakültəsinin Professoru Cavid Abdullazadə Vətən müharibəsinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, bölgədə yaratdığı təsirlər və türk dünyası üçün strateji əhəmiyyətindən bəhs ediblər”.

Bədii proqraqm
Bədii proqraqm

Məlumatda deyilir ki, paneldən sonra ESAZDER Gənclik Qolları tərəfindən hazırlanmış rəqs və musiqi nömrəli təqdim olunub: “Kamilə Bağırzadənin “Ağ Çiçəyim” rəqsi, Ayan Süleymanovanın “Azərbaycan” mahnısı, Davud İbrahimov və Səma Niftaliyevanın “Uzundərə” xalq oyunu və Elvin Məmmədlinin muğam ifası iştirakçılara duyğulu anlar yaşadıb”.

Xatirə fotosu
Xatirə fotosu

Tədbir Zəfərin 5-ci ildönümünə həsr olunmuş video təqdimat və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Mission News Theme by Compete Themes.