Press "Enter" to skip to content

10 ayda DSMF-nin xərcləri 9 faiz artıb

Dövlət Sosial Müdafiə Fondu

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 6 faiz və ya 385 milyon manat çox olmaqla 6 mlrd. 601 milyon manat təşkil edib.

Bu barədə nazirlikdən məlumat verilibş

Məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 371 milyon manat artaraq 5 milyard 237 milyon manat olub.

Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 6 milyard 263 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 537 milyon manat çoxdur.

Mission News Theme by Compete Themes.