BAYRAQDAR MEDİA – Azərbaycanın 8 Noyabr Zəfər Günü qardaş Türkiyənin Alanya şəhərində keçirilən Küresel Gazeteciler Konseyinin (KGK) 5-ci Media Çalıştayı çərçivəsində xüsusi qeyd olunub. Tədbirə 41 ölkədən müxtəlif media qurumlarının nümayəndələri və jurnalistlər qatılıb.
Toplantıda Türkiyənin keçmiş xarici işlər naziri, AK Parti Antalya millət vəkili Mevlüt Çavuşoğlu, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Quzey Makedoniya Parlamentinin sədri Afrim Qaşi, Türkiyənin nəqliyyat və altyapı naziri Abdulkadir Uraloğlu, eləcə də tanınmış Azərbaycan əsilli Rusiyalı jurnalist Mixail Gusman iştirak edib.

Eyni zamanda Azərbaycan Metbuat Şurasının sədri Rəşad Məcid də çalıştayın iştirakçıları arasında olub.
Tədbir çərçivəsində Küresel Gazeteciler Konseyi ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq haqqında anlaşma imzalanıb.
Çalıştayda Azərbaycanlı jurnalist və Küresel Gazeteciler Konseyinin Xarici Media Məclisinin üzvü Nigar İbrahimova media sahəsindəki uğurlu fəaliyyətinə görə xüsusi mükafata layiq görülüb.
Mükafat eyni zamanda Mixail Gusman və Rəşad Məcidə də təqdim edilib.

Tədbir boyunca Azərbaycanın 8 Noyabr Zəfər Gününün 5-ci ildönümü özəl olaraq vurğulanıb. Tanınmış sənətçi, Azərbaycanın və qardaş Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın möhtəşəm ifası tədbirə xüsusi rəng qatması ilə diqqət çəkib.





