Press "Enter" to skip to content

 Azərbaycanda daha bir simpozium keçirilir

BAYRAQDAR MEDİA – 2–13 noyabr tarixlərində “I Beynəlxalq Maliyyə, Mühasibatlıq, Audit və Rəqəmsallaşdırma (BMMAR) Simpoziumu” keçirilir. Tədbir Bursa Uludağ Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK),Azərbaycan Respublikası Auditorlar Palatası,Türkiyə Respublikası İctimai Nəzarət,Uçot və Audit Standartları Kurulu (KGK), MÜSİAD Azərbaycan İctimai Birliyi və İATM-ın birgə təşkilatçılığı ilə reallaşır.

Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.

Məlumata görə, tədbirin birinci günü noyabrın 12-də Sumqayıt Dövlət Universitetinin akt zalında olacaq: “Universitetdə plenar iclasın ardından, müxtəlif sessiyalar üzrə panel çıxışları keçiriləcək. Tədbirin ikinci günü, noyabrın 13-də Bakı şəhərində Xəzər Universitetinin Neftçilər kampusunda yerləşən Mərmər zalında, həm canlı, həm də onlayn formatda davam edəcək. Rəsmi açılış mərasimindən sonra, sessiyalar üzrə məruzələr təqdim olunacaq”.

Məlumatda deyilir ki, tədbirin məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında mühasibatlıq sahəsində bilik və təcrübə mübadiləsinin yeni mərhələyə yüksəldilməsidir: “Simpozium çərçivəsində mühasibatlıq və maliyyə idarəetməsində müasir tendensiyalar, rəqəmsallaşma prosesləri və beynəlxalq standartların tətbiqi müzakirə olunacaq, həmçinin “Türkdilli Dövlətlərin Mühasiblər Birliyinin” təsis edilməsi əsas strateji hədəflərdən biri olacaqdır. Tədbirin hər il fərqli bir Türk Dövlətində keçirilməsi planlaşdırılır və qardaş ölkələr arasında inteqrasiya, qarşılıqlı etimad və iqtisadi həmrəyliyin güclənməsinə mühüm töhfə verməsi gözlənilir”.

Mission News Theme by Compete Themes.