Press "Enter" to skip to content

Bu, böyük bir Vətənpərvərlik dərsidir

Mübariz Göyüslü

Mübariz Göyüşlü: Zəfər Paradı gəncliyə milli özünüdərk və vətənpərvərlik mesajı verdi

BAYRAQDAR MEDİA – Noyabrın 8-də Bakıda keçirilən Zəfər Paradı bir çox məqamlardan diqqət mərkəzində oldu. Ekspertlərin də vurğuladıqları kimi, Zəfər Paradı həm də müasir Azərbaycan tarixində milli özünüdərk və sosial kimliyin bərpasında mühüm mərhələ kimi dəyərləndirilir. Xüsusilə gənclər üçün Zəfər Paradı dövlətin gücünü, ordunun qüdrətini və müstəqilliyin qorunmasının vacibliyini göstərən ideoloji mesaj daşıdı. Parad gəncliyə dərk etdirdi ki, qələbə birliyə, iradəyə və vətənə sevgi ilə mümkündür.

Mövzu ilə bağlı BAYRAQDAR MEDİA-ya açıqlama verən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, bu parad bizə xalqımızın möhtəşəm gücünü bütün dünyaya göstərdi: “Artıq 5 il keçib. Biz o möhtəşəm anları yaşadıq. Xalqımız 5 il əvvəl cənab Prezident qələbə xəbərlərini elan edərkən hansı sevinc hissini yaşayırdısa, həmin hissləri yenidən hiss etdi. Zəfər Paradı Ermənistan və onun havadarlarına açıq mesaj idi: əgər yenidən hansısa bir təxribat və ya hərəkət etmək istəsələr, bunun cavabı çox sərt olacaq”.

Onun sözlərinə görə, bu, xüsusilə Azərbaycan gəncləri üçün böyük motivasiyadır: “Onlar Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha gördülər. Azərbaycanın hansı potensiala malik olduğunu bir daha dərk etdilər. Bu, böyük bir Vətənpərvərlik dərsidir. İgid ordumuzun nümayəndələrinin paradda keçidi, müasir silah və hərbi texnikanın nümayişi gənclərimizdə orduya, vətənə, dövlətə sevgi və inam hissini gücləndirdi. 30 ilə yaxın davam edən məğlubiyyət vəziyyəti millətimiz üçün, xüsusilə gənclər üçün çətin psixoloji yük idi. Lakin biz artıq qalib xalqın, qalib ordunun nümayəndələrik. Bu, həm psixoloji, həm də siyasi baxımdan çox böyük anlam daşıyır”.

“Ümumilikdə hesab edirəm ki, Zəfər Paradı Azərbaycan Ordusunun və Azərbaycan dövlətinin gücünün təcəssümüdür. Bu, gənclərimiz üçün çox ciddi bir vətənpərvərlik amilidir və vətənə, millətə olan sevgini gücləndirən mühüm təbliğat vasitəsidir” deyə M.Göyüşlü sonda əlavə edib.

Mission News Theme by Compete Themes.