BAYRAQDAR MEDİA Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevin yazısını təqdim edir:
Rusiya kimyəvi silahı Ukraynaya qarşı qanlı müharibədə: qlobal həmrəylik və hüquqi məsuliyyət
Beynəlxalq hüquq normalarına ciddi riayət olunmasına əsaslanan dünya sistemi ağır imtahana məruz qalır. Tammiqyaslı işğal başladıqdan sonra Rusiya sistematik olaraq “Konvensiya kimyəvi silahların inkişafı, istehsalı, yığılması və istifadəsi ilə onun məhvinə qarşı”nı (bundan sonra – Konvensiya) pozaraq döyüş meydanlarında qadağan olunmuş maddə və qurğular tətbiq edir. Rusiya hərbi qüvvələri kütləvi şəkildə CS və CN reaksiyalı qaz bombaları› və digər artilleriya sursatlarından istifadə edir; eyni zamanda Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ilin fevralından 2025-ci ilin iyununa qədər azı 11 min 299 dəfə zəhərli kimyəvi maddələr (xlorpikrin də daxil olmaqla) ilə təchiz olunmuş sursatların tətbiqi qeydə alınıb. Nəticədə, kimyəvi hücumlar səbəbindən 2 min 591 Ukrayna hərbçisinin tibbi yardım üçün müraciət etdiyi və bir neçə döyüşçünün müəmmalı maddələrlə kəskin zəhərlənmə nəticəsində həyatını itirdiyi məlumdur. Bu faktlar göstərir ki, Rusiya ordusu — texniki avadanlığın aşağı səviyyəsi və köhnəlmiş texnikasının çoxluğu səbəbindən — hər hansı əhəmiyyətli nəticələr əldə edə bilmir və Ukrayna Müdafiə Qüvvələrinin silahlanmasındakı müasir məhvetmə vasitələrinə qarşı ləyaqətsizliyini nümayiş etdirir. Buna görə də taktiki məqsədlə kimyəvi maddələrin cinayətkar istifadəsinə əl atır.
Konvensiya hərbi istifadə üçün istənilən gözyaşardıcı və qıcıqlandırıcı maddələrin tətbiqini birbaşa qadağan etdiyi halda, Rusiya onların istifadəsinə davam edir. Standart qaz bombalarının – o cümlədən K-51 və RG-Vo modifikasiyalarının istifadəsinə dair dəlillər olduğu kimi, dronlardan atılan evdə hazırlanmış kimyəvi qurğuların (məsələn, gözyaşardıcı qazla doldurulmuş lampalar və şüşələr) da tətbiq olunduğu barədə məlumatlar mövcuddur. Mövcud informasiya üzrə bu qurğuların bəziləri yalnız CS və ona bənzər maddələri deyil, həm də yüksək toksik “yanıcı” qaz olan xlorpikrin ehtiva edib ki, onun istifadəsi də kimyəvi silah kimi qiymətləndirilir. Beləliklə, Rusiya – işğalçı dövlət praktiki olaraq Ukraynaya qarşı qadağan olunmuş kimyəvi maddələrdən istifadə edir ki, bu da Konvensiyanın fundamental müddəalarına birbaşa ziddir.
Eyni zamanda, Ukraynaya qarşı irəli sürülən sübutsuz rus ittihamları artıq işləməkdən çıxıb: faktları müstəqil ekspertlər qeydə alır. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQET) Ukraynanın şərqində üç texniki missiya həyata keçirib və müvafiq hesabatları 2024-cü il noyabr, həmçinin 2025-ci ilin fevral və iyun aylarında dərc edib. Həmin sənədlərin hamısında KSQET laboratoriyaları toplanmış nümunələrdə müstəqil şəkildə CS gözyaşardıcı agentinin mövcudluğunu təsdiqləyib. Məsələn, 2024-cü il noyabrda yayımlanan texniki missiya hesabatında döyüş meydanından götürülmüş bomba (qumbara) fraqmenti və torpaq nümunələrində 2-xlorbenzilidenmalononitril (CS qazı) aşkar edildiyi göstərilib. 2025-ci ilin fevral hesabatında ekspertlər bütün mövqelərdən götürülmüş bombaların CS ehtiva etdiyini təsdiqləyiblər. 2025-ci ilin iyun hesabatında isə KSQET eyni nəticəni ortaya qoyub: partlamış bombalarda və torpaqda, hətta dronun konstruksiyasına qədər CS tapılıb. Hər dəfə KSQET vurğulayır: “Gözyaşardıcı maddələrin müharibə üsulu kimi istifadəsi qadağandır”. Təşkilatın baş direktoru Fernando Arias bu təkrarlanan rus bombalarının tapıntılarını “dərin narahatlıq doğuran” hal adlandıraraq beynəlxalq ictimaiyyəti “kimyəvi silah istifadəsinə dəyişməz tabu”nu qorumağa çağırıb.
Ukraynanın kimyəvi silahlarla bağlı tutduğu qəti mövqe geniş beynəlxalq tanınma qazanıb. Bir çox Avropa Birliyi və Şərqi Avropa ölkəsi Rusiyanın fəaliyyətini qətiyyətlə pisləyib. Məsələn, 2024-cü il KSQET konfransında 59 dövlət (o cümlədən Slovakiya və Sloveniya) rus dezinformasiyasına qarşı birgə mövqe nümayiş etdirərək Konvensiya normalarını dəstəkləyib. Digər beynəlxalq institutlardan da oxşar bəyanatlar verilib. Avropa Birliyinin xarici siyasət orqanlarının rəhbərləri dəfələrlə vurğulayıblar ki, “rus qoşunları kimyəvi silahlardan get-gedə daha çox istifadə edirlər” və bu prosesə cəlb olunmuş şəxslər və təşkilatlar üzrə yeni sanksiyaların tətbiqini tələb ediblər. Qeyd etmək vacibdir ki, Konvensiyanın pozulması yalnız Ukraynanın problemi deyil, bütün sivil dünyaya real təhdiddir.
Bu sistemli kobud pozuntular fonunda işğalçı dövlətin kimyəvi silahlara nəzarət orqanında yenidən yer tutmasına imkan verməmək xüsusilə vacibdir. KSQET İcraiyyə Şurası Konvensiyanın icrasına nəzarət etməli və pozuculara qarşı tədbirlər görməlidir. Konvensiyanın normalarını bir neçə dəfə pozmuş bir dövlətin İcraiyyə Şuranın üzvü və ya nəzarət komissiyasının rəhbəri olması qəbul edilə bilməz. Bu gün beynəlxalq səyləri birləşdirmək və təzyiqi gücləndirmək, Rusiyanın KSQET-in İcraiyyə Şurasında yer tutmasına qəti şəkildə imkan verməmək vacibdir.
KSQET Konvensiyasına görə, günahkarların müəyyən olunması və məsuliyyətə cəlb edilməsi tələb olunur. 2018-ci il CSP-4/DEC.3 qətnaməsində aydın qeyd olunub: “kimyəvi silahın hər hansı istifadəsi zamanı… günahkar şəxslər müəyyən edilməlidir”. Ukrayna artıq KSQET baş direktoruna belə cinayətlərin müstəqil mexanizminin yaradılması üçün müraciət edib. Biz sübutları toplamağa və təqdim etməyə davam edirik, KSQET və onun laboratoriyaları bu prosesdə həlledici dəstək verir. Aydındır: “bu hücumların arxasında kim dayanır” sualına cavab olmadan ədalət və Avropada, həm də bütün dünyada gələcək təhlükəsizliyin təminatı olmayacaq. Kimyəvi silahın tətbiqində iştirak etmiş bütün şəxslər məhkəmə qarşısında cavab verməlidir – əks halda konvensional öhdəliklər mənasızlaşacaq.
Ukrayna ilə Azərbaycan Respublikası arasında uzunmüddətli strateji tərəfdaşlıq etibarlı təmələ əsaslanır — bu təməl xalqlarımızın dostluğuna, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmətə, habelə beynəlxalq hüququn qorunmasına söykənir. Biz tam səmimiyyətlə Azərbaycan tərəfindən genişmiqyaslı müharibənin ilk günlərindən etibarən Ukrayna xalqına göstərilən yardım və dəstəyə minnətdarıq və bu gün yenidən həmrəylik nümayiş etdirərək Ukraynaya, Slovakiyaya və Sloveniya-ya dəstək vermək çağırışı ilə müraciət edirik. Birgə səylərimizlə biz aydın siqnal verə bilərik və verməliyik ki, dünya kimyəvi silahın məsuliyyətsiz istifadəsinə dözməyəcək. 2026-2028-ci illər üçün KSQET İcraiyyə Şurasının üzvlərinin seçilməsi zamanı biz tərəfdaşlarımızın və müttəfiqlərimizin — həmişə ədalətin və beynəlxalq hüququn tərəfində duranların — dəstəyinə böyük ümid bəsləyirik. Slovakiya və Sloveniya — KSQET İcraiyyə Şurasında yer almağa namizəd olan, artıq Konvensiyanın norma və ədalətin təmin edilməsi üçün böyük səylər göstərmiş demokratik ölkələrdir. Bu ölkələr heç vaxt beynəlxalq hüquq normalarını pozaraq digər müstəqil dövlətlərə qarşı aqressiya törətməyəcək, genişmiqyaslı beynəlxalq cinayətlərə görə məsuliyyətə səbəb ola biləcək qərarları bloklamayacaqlar. Yalnız tərəfdaşlıq və həmrəylik ruhu ilə biz beynəlxalq hüququ müdafiə edə bilərik və kimsəyə qlobal təhlükəsizliyin ən əsas sütunlarını təkrar olaraq şübhə altına almağa icazə verməyəcəyik.





