BAYRAQDAR MEDİA – Azərbaycan Milli Hökumətinin qurulmasının 80 illiyi münasibəti ilə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası (GATƏŞ) 2025-ci ilin 13 dekabr tarixində İsveçin Stokholm şəhərində bir konfrans keçirəcək.
Xəbəri “ArazNews” Telegram kanalı yayıb.
Xəbərdə bildirilib ki, “bu konfransın məqsədi, “Azərbaycan Milli Hökuməti”nin 80 illiyini anmaqla yanaşı, Güney Azərbaycanda və ümumilikdə İran ərazisində Türk millətinin qədim dövlətçilik təcrübəsinə əsaslanaraq, milli tələbləri və mövcud problemləri müzakirə etmək, Azərbaycan təşkilatları arasında əməkdaşlığı gücləndirmək və gələcək fəaliyyətlərin ortaq istiqamətini müəyyənləşdirməkdir”.
Qeyd edilib ki, ““Azadlıq, Ədalət, Milli Hökumət” fəlsəfəsindən ilham alınaraq keçiriləcək bu toplantıda, Azərbaycanın və ümumilikdə Türk millətinin İranda yaşayan bütün məzlum xalqların azadlığı və səadəti yolundakı öncü rolu vurğulanacaq, Şuranın təqdim edəcəyi yol xəritəsi platforması dünya ictimaiyyətinə təqdim ediləcəkdir. Bütün azadlıq sevərlər və ədalət sevərlər bu mərasimə dəvət olunurlar”.









