BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 14-də saat 09:00-da Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qəbul zamanı bu rayonlardan olan vətəndaşların KTN-in səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarının sakinləri Biləsuvar DAİM-ə (051-698-38-99) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar”.





