KKTC Cümhurbaşqanı noyabrın 13-də Türkiyəyə səfər edəcək
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Tufan Erhürman Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın dəvəti ilə 2025-ci il noyabrın 13-də ilk xarici səfərini Türkiyəyə edəcək. Bu barədə Türkiyə Cümhurbaşqanlığı İletişim başqanı Burhanettin Duran sosial media hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Ziyarət çərçivəsində keçiriləcək görüşlərdə Kıbrıs məsələsinə dair son inkişaflar dəyərləndiriləcək, Türkiyə–KKTC münasibətləri bütün aspektləri ilə müzakirə olunacaq.”





