BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinada rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Zukan Helez ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüş zamanı hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Qarşılıqlı səfərlərin və bu cür görüşlərin hərbi əlaqələrin genişlənməsinə, səmərəli təcrübə mübadiləsinin aparılmasına töhfə verdiyi vurğulanıb. Tərəflər, həmçinin hərbi sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar”.
Sonra xəbərdə, “görüşün yekununda iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb, nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Rəsmi səfər proqramına uyğun olaraq Z.Həsənov hərbi sənaye zavoduna və digər hərbi təyinatlı obyektə baş çəkib, orada yaradılan şərait və istehsalat avadanlıqları ilə tanış olub” deyə qeyd edilir.





