Press "Enter" to skip to content

Belarusun turizm sənayesi üçün tanışlıq səfəri

Belarusdan olan aparıcı turizm şirkətinin nümayəndələri

BAYRAQDAR MEDİA – 7-13 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Belarusdan olan 10 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə, iştirakçılar Azərbaycanın qış turizm imkanları ilə, o cümlədən “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində təqdim olunan xidmətlərlə tanış olublar, Qusar və Qəbələ ilə yanaşı, İsmayıllı və Quba bölgələrinə səfər ediblər: “Tanışlıq səfəri çərçivəsində, həmçinin yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanı cəlbedici turizm destinasiyası kimi tanıtmaq məqsədilə 40-dan çox yerli turizm sənayesi nümayəndəsi ilə Belarusun turizm şirkətləri arasında B2B görüşlər keçirilib.Qeyd edək ki, 2025-ci ilin 10 ayı ərzində Belarusdan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artımla 23 min 229 ziyarətçi gəlib”.

Mission News Theme by Compete Themes.