Press "Enter" to skip to content

Bu tədbir tələbələri sevindirir

Rektor tələbələrlə birlikdə

BAYRAQDAR MEDİA – Türkiyənin Anadolu Universiteti, Yunus Əmrə Tədris İli payız semestri arası imtahanları çərçivəsində 9–15 noyabr tarixləri arasında kitabxanada dərs çalışan tələbələrə çay, qəhvə və şorba ikram edir.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, imtahan həftəsində tələbələrə isti bir fasilə imkanı yaratmağı hədəfləyən bu təşəbbüsün ilk günündə Anadolu Universitetinin rektoru, Prof.Dr. Yusuf Adıgüzel də tələbələrlə görüşüb.

Rektor imtahan dövrünün gərginliyinə diqqət çəkərək tələbələrə mənəvi dəstəyin əhəmiyyətini vurğulayıb: “Tələbələrimiz imtahan müddətində çox gərgin şəkildə dərs oxuyurlar və biz də istəyirik ki, bu prosesi mümkün qədər səmərəli keçirsinlər. 7/24 açıq olan kitabxanamızda gec saatlara qədər dərs çalışan tələbələrimiz üçün çay, qəhvə və şorba ikramı ilə isti bir fasilə imkanı yaradırıq. Əgər bu ikramlarla onların çalışmalarına bir qədər də olsa töhfə verə biliriksə, nə xoş bizə.”

Mission News Theme by Compete Themes.