Press "Enter" to skip to content

Burhanettin Duran: Şəhidlərin nəşi Türkiyəyə gətiriləcək

Burhanettin Duran

BAYRAQDAR MEDİA – “Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan təyyarəmizlə əlaqədar axtarış-xilasetmə və qəza araşdırma qrupları işlərini davam etdirir”.

Bu barədə Türkiyə Cümhurbaşqanlığı İletişim başqanı Burhanettin Duran X sosial şəbəkə hesabından paylaşım edib.

Paylaşımda deyilir: “Əziz şəhidlərimizin cənazələri axtarış-xilasetmə və qəza araşdırma qrupumuzu Gürcüstana aparan A-400M təyyarəsində ölkəmizə gətiriləcək. Dağıntıların axtarış-xilasetmə işlərinin əvvəlindən bütün resurslarını səfərbər edərək, sürətli reaksiya və dəstəyə görə Gürcüstan hakimiyyətinə təşəkkür edirik. Məsələ ilə bağlı yenilikləri paylaşmağa davam edəcəyik”.

Mission News Theme by Compete Themes.