Press "Enter" to skip to content

Bursa Böyükşəhər Bələdiyyəsindən şagirdlərə dəvət

BAYRAQDAR MEDİA – Bursa Böyükşəhər Bələdiyyəsi 10–16 noyabr tarixləri arasında qüvvədə olacaq xüsusi tətil kampaniyası ilə həm şagirdləri, həm də vətəndaşları Uludağa zirvə səfərinə dəvət edib.

Bu barədə bələdiyyənin xəbərində qeyd edilib.

Bildirilib ki, “ara tətil münasibətilə başlanan kampaniya çərçivəsində teleferik biletlərində xüsusi endirim tətbiq olunacaq: tələbə gediş-dönüş bileti 100 TL, tam bilet isə 200 TL olacaq”.

Bələdiyyənin paylaşımında deyilir: “Bursalı balacalar, ailələr və gənclər ara tətildən doyunca zövq alsın, Uludağı tanımayan qalmasın deyə 10–16 noyabr tarixlərində sərfəli qiymətlərlə Bursa Teleferik səfərinə sizi gözləyirik”.

Mission News Theme by Compete Themes.