Press "Enter" to skip to content

Ərazidə aparılan işlər anbaan izlənir

Recep Tayyip Erdoğan

Recep Tayyip Erdoğan: Türkiyə ilə yanaşı, Gürcüstan və Azərbaycanın bütün imkanları da qəhrəmanlarımız üçün səfərbər edilib

BAYRAQDAR MEDİA – “Dünən 86 milyonu hüznə boğan çox acı bir xəbər aldıq”.

Bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan noyabrın 12-də X sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Gürcüstan-Azərbaycan sərhədində baş verən hərbi təyyarə qəzası ilə bağlı xalqı müraciətin əks olunduğu paylaşımda deyilir: “Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycanda olan hərbi birliyimizi daşıyan “C 130” tipli hərbi yük təyyarəmiz ölkəmizə qayıtmaq üçün havaya qalxdıqdan qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siğnaği bölgəsində qəzaya uğradı. Uca Allah şəhidlərimizin məkanını cənnət, məqamlarını ali etsin! Qəlbimizdəki yanğını ifadə etmək əlbəttə, mümkün deyil”.

Paylaşımda qeyd edilib: “86 milyonun hər bir fərdinə, əziz şəhidlərimizin kədərli ailələrinə və Türkiyə Silahlı Qüvvələrinə səbr və başsağlığı diləyirəm. Bu faciəvi hadisə yalnız millətimizi deyil, azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərin kədərə boğdu.Hadisənin bütün təfərrüatları hərtərəfli şəkildə araşdırılır”.

Türkiyə Cümhurbaşqanı paylaşımda vurğulayıb ki, Gürcüstan rəsmiləri bu prosesdə ən yüksək səviyyədə əməkdaşlıq və dəstək göstərir: “Azərbaycanlı qardaşlarımız da eyni şəkildə bütün imkanlarını səfərbər ediblər. Millətimiz əmin olsun ki, Türkiyə ilə yanaşı, Gürcüstan və Azərbaycanın bütün imkanları da qəhrəmanlarımız üçün səfərbər edilib. Ərazidə aparılan işlər anbaan izlənir. Hadisənin bütün istiqamətləri ilə tam aydınlaşdırılması üçün zəruri araşdırmalar böyük diqqət və dəqiqliklə aparılacaq”.

Türkiyə Cümhurbaşqanı sözügeədn paylaşımda hadisədən sui-istifadə cəhdləri ilə bağlı da çağırış edib: “Millətimizdən yalanlara, manipulyasiyalara və dezinformasiyalara qarşı ayıq olmalarını xüsusilə xahiş edirəm. Sosial şəbəkələrdə bu cür faciələri siyasi məqsədlər üçün istismar edənlərə əsla meydan verilməməlidir.Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Mesaj və zənglərlə acımızı bölüşən, başsağlığı verən bütün dost və qardaş ölkələrə təşəkkürümü bildirirəm!”

Mission News Theme by Compete Themes.