Press "Enter" to skip to content

Nazir Beynəlxalq Maliyyə Korporasiyasının direktoru ilə görüşüb

Nazir Beynəlxalq Maliyyə Korporasiyasının direktoru ilə görüşüb

BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “görüş zamanı AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib. Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Həmçinin ictimai nəqliyyat, hava nəqliyyatı, AZAL və Bakı Gəmiqayırma Zavodu üzrə mümkün tərəfdaşlıq sahələri, eləcə də bu şirkətlərə gələcəkdə özəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.