BAYRAQDAR MEDİA – Noyabrın 13-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu mərhələdə Xocalının Badara kəndinə köçürülən 19 nəfərdən ibarət 6 ailəyə, Daşbulaq kəndinə 31 nəfərdən ibarət 9 ailəyə, Ağdərənin Vəngli kəndinə isə 45 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin və sözügedən Komitənin nümayəndələri iştirak ediblər”.





