Press "Enter" to skip to content

Pendir Muzeyinə ziyarətçi axınına davam edir 

Pendir muzeyi

BAYRAQDAR MEDİA – Türkiyənin ilk tematik Pendir Muzeyi, yerli və xarici turistlərin böyük marağı ilə qarşılanmağa davam edir. Kars turizminə mühüm töhfə verən bu muzey 2025-ci ilin ilk 11 ayında – yanvar ayından noyabra qədər – təxminən 82 min 600 ziyarətçini qəbul edib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “eyni zamanda “Dünyanın 18-ci Pendir Marşrutu” kimi qeydə alınan bu unikal muzey, Kars bölgəsinə məxsus mədəniyyəti və pendir istehsal prosesini ziyarətçilərə təqdim edir. Muzey yalnız pendir növlərini nümayiş etdirmir, həm də bölgənin həyat və istehsal mədəniyyətini tanıdır. Bu muzey həm mədəni irsin qorunmasına, həm də Kars bölgəsinin turizm potensialının artmasına mühüm töhfə verir”.

Mission News Theme by Compete Themes.