Press "Enter" to skip to content

“Uşaq Hüquqları Aylığı” çərçivəsində məktəblilərlə maarifləndirici görüş

“Uşaq Hüquqları Aylığı” çərçivəsində məktəblilərlə maarifləndirici görüş

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Uşaq Hüquqları Aylığı”na həsr olunan maarifləndirici görüş təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə şagirdlərlə yanaşı, müəllimlər və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Görüş zamanı SXA-nın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Agentlik tərəfindən həyata keçirilən “Təhsildə sosial iş” xidmətinin məktəblərdə risk qruplarının müəyyənləşdirilməsi, şagirdlərin davamiyyətinin bərpası və onlara psixo-sosial dəstək göstərilməsi istiqamətlərində mühüm rol oynadığı vurğulanıb”.

Eləcə də, uşaq hüquqları, müdafiə mexanizmləri, təhlükəsizlik və rifah mövzularına dair maarifləndirici təqdimatlar edilib, hüquqların əhəmiyyəti ilə bağlı videoçarx izlənilib.

Şagirdlərin “Uşaq Hüquqları Aylığı” çərçivəsində hazırladıqları rəsm işlərindən ibarət stend və vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.

Mission News Theme by Compete Themes.