Press "Enter" to skip to content

Vətəndaşlara Atatürkün sevdiyi yeməklər təqdim edilib

Aksiya zamanı

BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətinin qurucusu Gazi Mustafa Kemal Atatürk, vəfatının 87-ci ildönümündə Eskişehirdə keçirilən xüsusi bir tədbirlə anılıb. Eskişehir Böyükşəhər Bələdiyyəsi tərəfindən 10 Noyabr anım günü münasibətilə təşkil edilən tədbir çərçivəsində, Şəhər Lokantalarında Atatürkün sevdiyi yeməklər vətəndaşlara təqdim olunub.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Kentpark və Yıldız Durağı bölgələrində fəaliyyət göstərən Şəhər Lokantalarının menyusuna tarhana şorbası, quru lobya, düyü plovu və Kəmalpaşa şirniyyatı daxil edilib: “Bundan əlavə, gün ərzində lokantalarda Atatürkün sevdiyi “Fikrimin İnce Gülü”, “Bülbülüm Altın Kafeste” və “Vardar Ovası” kimi mahnılar səsləndirilib. Tədbir zamanı vətəndaşların duyğulandığı müşahidə olunub. Bəzi iştirakçılar ilk dəfə Atatürkün sevdiyi yeməkləri onun sevdiyi musiqilər müşayiətilə dadmaqdan böyük təsir aldıqlarını bildiriblər”.

Mission News Theme by Compete Themes.