Press "Enter" to skip to content

10 ayda müavinətlər üzrə 964 milyon manat ödənilib

Dövlət Sosial Müdafiə Fondu

BAYRAQDAR MEDİA – 2025-ci u ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 513 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 964 milyon manat, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib: “Cari ilin 10 ayında 133 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 854 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”.

Mission News Theme by Compete Themes.