Press "Enter" to skip to content

Azərabaycana təşəkkür

Ufuk Arca Turgener

Ufuk Arca Turganer: Prezident İlham Əliyevin Kuzey Kıbrısa verdiyi dəstək bizim üçün çox önəmlidir

BAYRAQDAR MEDİA – “Azərbaycanda olmaq bizim üçün böyük önəm daşıyır. İki ölkə arasında əlaqələr hər il daha da inkişaf edir və biz bu əməkdaşlığın daha da inkişaf etməsi üçün çalışırıq”.

Bunu jurnalistlərə açıqlamasında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Arca Turganer deyib.

Diplomat qeyd edib ki, “hər il olduğu kimi, bu il də Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin növbəti ildönümünü həm rəsmi tədbirlərlə, həm də Azərbaycan xalqı ilə birlikdə qeyd edirik”.

Açıqlamasında Azərbaycanın, Prezident İlham Əliyevin KKTC-yə dəstəyinə də toxunan Ufuk Arca Turganer deyib: “Ölkəmizin və dövlətimizin suverenliyinin qorunması bizim üçün əsas prioritetdir. Azərbaycanın Prezidenti İlham Əliyevin Kuzey Kıbrıs Türk Cümhuriyyətinə verdiyi dəstək çox önəmlidir və buna görə bir daha təşəkkürümüzü bildiririk”.

Mission News Theme by Compete Themes.