Press "Enter" to skip to content

Azərbaycanın şanlı qələbəsi KKTC üçün də böyük fəxr mənbəyidir

Ufuk Arca Turganer

Ufuk Arca Turganer: İki qardaş ölkənin parlamentləri arasındakı dostluq qrupları fəaliyyətə başladığı gündən etibarən çox məhsuldar və səmərəli çalışırlar

BAYRAQDAR MEDİA – “Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Azərbaycan xalqını və qəhrəman Azərbaycan Ordusunu 5 il əvvəl qazanılmış Qarabağ zəfəri münasibətilə ürəkdən təbrik edir. Prezident İlham Əliyevin liderliyi ilə birlik olan Azərbaycan xalqının şanlı Qələbəsi bizim üçün böyük fəxr mənbəyidir”.

Bunu KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer deyib.

KKTC-nin elanın 42-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında xanım diplomat bildirib ki, iki qardaş ölkənin parlamentləri arasındakı dostluq qrupları fəaliyyətə başladığı gündən etibarən çox məhsuldar və səmərəli çalışırlar.

Ufuk Arca Turganer çıxışında qeyd edib ki, Güney Qafqazın sülhün və sabitliyin hökm sürdüyü bir coğrafiyaya çevrilməsi üçün bütün tərəflərin hüquqlara və qanunlara hörmət göstərməsi vacibdir.

Mission News Theme by Compete Themes.