Press "Enter" to skip to content

Bunun gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur

Nadir Azəri

Nadir Azəri: Zəfər təkcə hərbi qələbə deyil, həm də milli kimliyimizin, dövlətçilik şüurumuzun güzgüsüdür

BAYRAQDAR MEDİA – “Noyabrın 8-də Bakıda keçirilən Zəfər paradı bir çox baxımdan əhəmiyyət kəsb edirdi. Bu parad eyni zamanda, qalib Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.

O, bildirilib ki, biz bu ordu ilə fəxr edirik: “Çünki onun hər bir addımı Azərbaycanın gücünü, müstəqilliyini və sabitliyini qorumağa xidmət edir”.

Zəfər tariximizin dərindən öyrənilməsi və təbliğinin mühüm əhəmiyyət kəsb etdyini deyən CASCFEN sədri QHT təmsilçilərinə müraciət də edib: “Mən fürsətdən istifadə edib, Zəfərin 5-ci ildönümündə QHT nümayəndələrinə və vətəndaş cəmiyyəti təmsilçilərinə çağırış edirəm ki, bu qələbənin mahiyyətini, tarixi əhəmiyyətini və qazandığımız dəyərləri daha geniş şəkildə təbliğ etsinlər. Zəfər təkcə hərbi qələbə deyil, həm də milli kimliyimizin, dövlətçilik şüurumuzun güzgüsüdür. Onun dəyərinin unudulmaması, gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur”.

“Eyni zamanda, gənclərimizə səslənirəm: bu Zəfər sizin gələcəyinizin, müstəqil Azərbaycanın davamlı gücünün təməlidir. Tariximizi, ordumuzun qəhrəmanlığını, şəhidlərimizin və qazilərimizin fədakarlığını dərindən öyrənin, çünki bu Zəfər sizin kimliyinizin, milli qürurunuzun ayrılmaz hissəsidir. Zəfər bizimdir, Zəfər xalqındır, Zəfər Azərbaycanındır!” deyən N.Azəri sonda əlavə edib.

Mission News Theme by Compete Themes.