Press "Enter" to skip to content

Gənclər arasında maarifləndirmə

Təlim zamanı

BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Üniversiteti gənclər arasında maarifləndirmə aparmaq və asılılıqlarla mübarizə istiqamətində davamlı addımlar atır. Bu məqsədlə təşkil olunan “Ən yaxşı narkotik polisi: Ana” adlı təlim proqramı, Bilecik İl Təhlükəsizlik İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi tərəfindən universitetin Qapalı İdman Salonunda keçirilib.

Bu barədə univeristetin məlumatında qeyd edilib.

Məlumata görə, proqram çərçivəsində tələbələrə maddə asılılığının təhlükələri, onunla mübarizə üsulları və sağlam həyat tərzinin əsasları barədə məlumat verilib: “Layihə müxtəlif tarixlərdə universitetin digər kampuslarında da davam etdiriləcək. Bu təlimlərlə tələbələrin daha şüurlu, məsuliyyətli və sağlam düşüncəli fərdlər kimi cəmiyyətə töhfə vermələri hədəflənir”.

Mission News Theme by Compete Themes.