Press "Enter" to skip to content

Mədəniyyət naziri Daşkənddə beynəlxalq konqresdə

Mədəniyyət naziri Daşkənddə beynəlxalq konqresdə

BAYRAQDAR MEDİA – 13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir. Özbəkistan İslam Sivilizasiyası Mərkəzində işinə başlayan konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbir iştirakçıları əvvəlcə İslam Sivilizasiyası Mərkəzində muzey eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonra sənədli film nümayiş etdirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqres iştirakçılarına müraciəti oxunub”.

Daha sonra konqres plenar iclasla davam edib.

Mission News Theme by Compete Themes.