Press "Enter" to skip to content

Nazir Beyləqanda vətəndaşları qəbul edib

Nazir Beyləqanda vətəndaşları qəbul edib

BAYRAQDAR MEDİA – Noyabrın 13-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beyləqan şəhərində İmişli, Saatlı, Sabirabad, Xocavənd və Beyləqan rayonlarının sakinlərini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN)
mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib”.

Ardınca xəbərdə, “vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Sözügedən Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq. Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda noyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib” deyə diqqətə çatdırılır.

Mission News Theme by Compete Themes.